Kəlbəcər ana torpağımız, qədim məskənimizdir 

12:01 25-11-2022 | icon 1033
Kəlbəcər ana torpağımız, qədim məskənimizdir 

 Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

        Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məharəti nəticəsində Kəlbəcər qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir.

         Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır və mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri də bu yerlərdə yaradılıb. Ərazidə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, İslamın yayıldığı dövrlərdə yaradılıb.

         Bütün bunlar qədimliyimizi sübut edən tarixi faktlardır. Amma bir fakt da var ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Digər işğaldan azad olunmuş rayonlarımız kimi, Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlanıb. İnfrastruktur layihələrinin icrası işləri aparılır Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.

          Bütün bunlar xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir. Biz möhkəm inanırıq ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının hörmətli Prezidentimiz tərəfindən uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.

 

Leyla Qəfərova, Cəlilabad rayonu,

Göytəpə şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri   


Digər xəbərlər

0.22453308105469