“Nar” abunəçiləri onlayn müştəri xidmətlərini seçir
Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar”, istifadəçilərinin müxtəlif xidmət kanalları üzrə məmnuniyyət göstəricilərini açıqlayıb. Göstəricilər bütün xidmət kanalları üzrə daxil olan müraciətlər əsasında noyabr ayınadək olan dövr üçün hesablanıb.
İstifadəçilərin mobil təcrübəsini daha da rahatlaşdıran “Nar+” tətbiqinin onlayn çat xidmətinə 88 min müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77% daha çoxdur. Sorğuların sayı artsa da, “Nar+” tətbiqində göstərilən bütün xidmətlərdən abunəçilərin razılıq səviyyəsi azalmayıb, əksinə artaraq 88%-ə çatıb. Qeyd edək ki, tətbiq istifadəçilərə daha çevik imkanlar verir, yeni paketlərin rahatlıqla aktivləşdirilməsinə, izahlı qaimə kimi mühüm əməliyyatların qısa zamanda yerinə yetirilməsinə kömək olur. Bundan başqa, “Nar” internet səhifəsində olan şəxsi kabinetlər, eyni zamanda “Facebook”, “Twitter” və digər sosial şəbəkələr üzərindən abunəçilərə yüksək xidmət göstərir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...