Azərbaycan Ordusunun mövqeləri dörd istiqamətdə atəşə tutulub
Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
-
Füzuli istiqamətində ermənilərin PUA-sı ələ keçirildi - Foto
...
-
Gorus-Qafan yolu bağlandı, ermənilər təşvişə düşdü
...
-
Ermənilər qəfil hücum etdilər - Hərbçimiz yaralandı
...
-
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
...
-
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur
...
-
Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub
...
-
Bu gün saat 10-dan Ermənistanla atəşkəs elan edilib - Rəsmi
...
-
Kəlbəcər istiqamətində gərginlik davam edir - Müdafiə Nazirliyi
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutuldu
...