Azərbaycan Ordusunun mövqeləri dörd istiqamətdə atəşə tutulub
Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
-
Fərrux Azərbaycandır! - Nəzarət artıq ordumuzdadır!
...
-
Ermənilər Ağdamı atəşə tutdu
...
-
Kiyevdə güclü partlayışlar - Video
...
-
Tərtər istiqamətində mövqelərimiz atəşə tutulub
...
-
Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib
...
-
Zakir Həsənov Şuşa əməliyyatının detallarını açıqladı - Prezidentin hansı tapşırığı olub?
...
-
Azərbaycan 10 erməni hərbçini təhvil verdi
...
-
Leyla Əliyeva “Soyuq əllər, isti ürək” yarmarkasında - Fotolar
...
-
“12 hərbçimiz saxlanılıb” - Ermənistan MN
...
-
Ermənilər təşviş içində mövqelərini tərk edir - Rəsmi
...