Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir

09:46 29-11-2022 | icon 903
Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir

Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq üçün yeni imkanların
yaranması Azərbaycanın siyasi iradəsi və təşəbbüslərinin nəticəsidir. Qazanılan
möhtəşəm Zəfər və postmüharibə mərhələsində işğaldan azad olunan ərazilərdə
həyata keçirilən böyükmiqyaslı işlər Azərbaycanın gücünü ifadə edir. Çox
təqdirəlayiq haldır ki, bu proseslərdə Azərbaycan və Türkiyə qardaş dövlətlər
olaraq birgə addımlayırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Zəngilan Beynəlxalq Hava Limanınının açılışında iştirak etməsi bu reallığı bir
daha təsdiqləyir.  
Bundan əlavə, Prezidentlər  İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin
birinci mərhələsinin açılışında iştirak ediblər. “Dost Aqropark” türk və
azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində
yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Eləcə də, dövlət başçıları
Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə
Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin,
Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində
yerləşən Qumlaq stansiyasının təməlini atdılar.
Onu da xüsusi vurğulamaq lazımdır ki, oktyabrın 20-də Cəbrayıl şəhərində
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan mətbuata verdikləri birgə bəyanatda ciddi mesajlar verdilər.
Dövlətimizin başçısı İlham Əliyev bəyan etdi ki, bundan sonra bölgədə gedən
işlər Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. Həqiqətən də,
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixin çətin sınaqlarından keçərək
möhkəmlənib. Ta qədimdən gələn qırılmaz bağlarla, möhkəm ənənələrlə, dil,
din, mənəvi dəyərlər eyniliyi ilə bir-birinə sıx bağlı olan iki ölkə və xalq çətin
və şad günlərdə həmişə bir yerdə olurlar. Ötən ilin iyun ayında  imzalanan Şuşa
Bəyannaməsi ilə iki dövlət arasında müttəfiqlik münasibətləri keyfiyyətcə yeni,
daha yüksək səviyyəyə yüksəlib. Çox doğru olaraq bu sənəd qardaş ölkələr
arasında münasibətlərin perspektivləri üçün yol xərtəsi kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin Cəbrayıl şəhərində mətbuata bəyanatında söylədiyi
kimi, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük
xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da
gücləndirdi. Eyni zamanda, Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən
müttəfiq etdi. Biz bütün sahələrdə müttəfiq olduq. “İkinci Qarabağ
müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək

pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu,
ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların
vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”,-deyə cənab Prezident vurğulayıb.
Cəbrayıl şəhərində mətbuata birgə bəyanat zamanı Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan da önəmli mesajlar verdi. Cənab Ərdoğan işğaldan azad
edilmiş ərazilərmizdə görülən işləri çox yüksək dəyərləndirdi. Türkiyə
Prezidenti Zəngəzur dəhlizi ilə bağlı mesajlarını da ifadə etdi: “Naxçıvanı
Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi
dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün
Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur.
Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-
amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta
Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə
imkanları təqdim edəcək”. Qardaş ölkənin lideri Ermənistana da öz tövsiyələrini
verərək vurğuladı ki, açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək
lazımdır.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığı davamlı
olaraq inkişaf edir. Hər iki ölkənin irəli sürdüyü təşəbbüslər bütövlükdə
regionumuzun sülh və tərəqqisinin əsasında dayanır.  Bu qardaşlıq qarşımızda
dayanan yeni hədəflərə çatmaq üçün mayak rolunu oynayacaq!

Rüfət Hüseynov
Saatlı rayonu Gomuşçu kənd tam orta məktəbin direktoru


Digər xəbərlər

0.27866411209106