Mövqelərimiz atəşə tutuldu
Noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, noyabrın 29-u saat 18:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
-
Erməni hərbçilər belə məhv edildi - Video
...
-
Bərdədə 30-a yaxın obyekt dağıdılıb - Fotolar
...
-
Bərdənin qisası belə alındı - Video
...
-
Düşmən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində geri çəkilib
...
-
Düşmənin bu texnikaları da sıradan çıxarıldı - Siyahı
...
-
Ermənistan Səhiyyə Nazirliyi qan axtarır
...
-
Ordumuz düşmənin xeyli sayda hərbi texnikasını məhv etdi - Video
...
-
Düşmən PUA-sı məhv edilib
...
-
“Azərbaycandan çox geri qalmışıq” - Düşməndən daha bir etiraf
...
-
Gəncədəki qətliamda yaralanan Artur 7 gün sonra vəfat etdi
...