Utanın cənablar, UTANIN...! - Günay Ağamalı haqqında yazılanlara cavab

10:13 06-12-2022 | icon 843
Utanın cənablar, UTANIN...! - Günay Ağamalı haqqında yazılanlara cavab

"Gücünü arvadlara göstərirsən, səni kişi bilirdim"

Məhşur "Axırıncı aşırım" filmindən olan bu sözlər yəqin ki, çoxunuza tanışdı. 

Təəssüf ki, dövrümüzdə, xüsusən bəzi mətbuat nümayəndələri arasında kimlərəsə maşa olan "Qəmlo"ların sayı da getdikcə artır. 

Bu tendensiya son günlər özünü bəzi KİV-lərdə daha çox göstərməyə başlayıb.

Belə ki, bəzi xəbər saytlarında  bir xanımla bağlı son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu açıq-aydın gorünən, heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazılar dərhal diqqətimi çəkdiyi üçün bu tip yazılarla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi yazmağa ehtiyac duydum. 

Yazılarda adı hallanan şəxsin ailəsi, keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətləri ilə bağlı araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istədim. Çunki ortaya belə bir sual çıxır: Doğrudanmı cəmiyyətdə, çalışdığı kollektivdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?


Əvvəlcə bu sahədə tanıdığım bir neçə nəfərlə göruşub onun barəsində soruşdum və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər:

Söhbət Ana Vətən Partıyası sədrinin Humanitar və Kommunikasiya üzrə müşaviri, partiyanın Qadınlar Şurasının sədri, BUTA Xüsusi qayğı İctimai Birliyinin sədri və "Buta" uşaq bağçasının qurucusu və rəhbəri Günay Ağamalıdan gedir. 

Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə haqqında son ildə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var, kimlərsə Günay xanımın və ailəsinin  uğurlarını istəmir, kimlərsə yuxarı dairələrdə onun haqqında mənfi rəy formalaşdırmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlarda jurnalistlər alət edilir.

Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün ictimaiyyətin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli yazılardan istifadə edirlər.

Günay xanımın çalışdığı sahədə verdiyi töhfələr respublika ictimaiyyətinə yaxşı bəllidir.  Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi onun uğurunu görmək istəmir, öz xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışır, cəmiyyətdə gözdən salmaq üçün şər və böhtan dolu yazılar belə yazmaqdan çəkinmirlər. Amma... Unutmasınlar ki, Günay Ağamalının rəhbəri olduğu qurumun kollektivi də, valideynlər də onu sizdən daha yaxşı tanıyır.

Xüsusi olaraq qeyd edək ki, belə tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. 

Maraqlıdır ki, onun barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. 

Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, dövlətçiliyə sədaqətlə xidmət edən Günay xanımı şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Günay xanımım dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Siz isə, cənablar, UTANIN...!

P.S. Azərbaycan xalqında qadına hörmət göstərmək bir mental dəyər səviyyəsindədir. Bu gün bəlkə də xalqımız dünyada nadir xalqlardandır ki, ictimai yerlərdə, ümumiyyətlə, hər bir məkanda qadına qarşı xüsusi münasibət göstərilir. Bu, Azərbaycan xalqına əsrlərdən bəri yadigar qalan bir irsdir və xalqımız bu milli dəyəri uğurlu şəkildə qoruyub gələcək nəslə ötürür. Bununla yanaşı, bizim dinimiz-İslam dini də qadınlara münasibətdə hörmət göstərməyi buyurur. Təəssüflər olsun ki, bəzi KİV-lər nədənsə Günay xanımın uğurlarını həzm etmirlər. Azərbaycan xanıma qarşı çox çirkin kompaniya aparır, iftira dolu məqalələrlə hansısa məqsədlər güdürlər. 


Digər xəbərlər

0.35824704170227