Sabahın havası açıqlandı


Dekabrın 7-də ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-12° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq ərazilərdə yoların buz bağlama ehtimalı var.
-
Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib
...
-
Sabah şaxta olacaq
...
-
78 saylı uşaq bağçasında müəmma - Aida Rzayeva uşaqların yeməyinə də tamah salır
...
-
Orxan Əsgərovun nəşi Bakıya gətirilir
...
-
Bu gün neçə nəfər yoluxub?
...
-
Sabahın havası açıqlandı
...
-
Şəhid Orxan Əsgərov sabah dəfn ediləcək
...
-
Bazar gününə olan hava proqnozu açıqlanıb
...
-
Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir
...
-
Səfirliyə hücum planlı şəkildə olub - Yeni görüntülər
...