“Yuventus” İtaliya çempionatından qovula bilər
“Yuventus” İtaliya A seriyasından qovula bilər. Bu barədə idman hüququ üzrə ekspert Mattia Qrassani məlumat verib.
O bildirib ki, Turin klubunun maliyyə feyr-pleyinə əməl etmədiyinə görə ikinci liqaya göndərilmək ehtimalı var: “Qeyri-qanuni fəaliyyətlər fond bazarı qaydaları ilə yanaşı, korporativ və idman qaydalarını da əhatə edir. Qaydalar göstərir ki, əgər çempionata qeydiyyat sənədlərdə dəyişikliklər, 2021/2022 mövsümündə oyunçulara görə ödənişlərin təxirə salınması ilə bağlı özəl razılaşmalar və ya hətta uydurma imtina yolu ilə əldə edilirsə, klub çempionatdan kənarlaşdırıla və İtaliya çempionu titulunu itirə bilər”.
Turin klubunun gizli şəkildə 17 futbolçuya təxminən 60 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə klub prezidenti Andrea Anyelli və onun müavini Pavel Nedved istefa vermişdi.
Xatırladaq ki, daha öncə də “Yuventus” daha öncə də belə aqibətlə üzləşmiş, klub B Seriyasına göndərilmişdi. İtaliyada maliyyə məsələlərinə həssas yanaşılır və klublara fərq qoyulmur.
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...