Təmraz Tağıyev TDBB-nin İdarə heyətinin iclasında çıxış edib

13:26 10-12-2022 | icon 844
Təmraz Tağıyev TDBB-nin İdarə heyətinin iclasında çıxış edib

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) İdarə heyətinin üzvü Təmraz Tağıyev birliyin idarə heyətinin növbəti iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.

Konya Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Səlcuqlu Konqres mərkəzində keçiriləcək iclasda birlik tərəfindən cari ildə görülən işlərə yekun vurulub, habelə növbəti il üçün görüləcək işlərin planı müzakirə edilərək qəbul edilib.

İdarə heyətinin iclasında Təmraz Tağıyevin genişməzmunlu çıxışı olub.  Çıxışında assosiasiya sədri bildirib ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab edib.

 
 
Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruk layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir.

Çıxışının sonunda sədr bildirib ki, bu münasibətlərin növbəti səhifəsi cənab Prezident İlham Əliyevin Sərəncamıyla   növbəti 2023-cü ili Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsiylə bağlıdır. Sədr ölkə başçısnın qərarınn türk dünyası üçün önəmli bir qərar olduğunu bildirib.

T.Tağıyev bildirib ki,  idarə heyətinin qərarıyla TDBB-nin növbəti iclaslarının birini Şuşa şəhərində keçirilməsi planlaşdırılıb.

 

 


Digər xəbərlər

0.29790306091309