Ulu Öndər Heydər Əliyev qəlbimizdə daim yaşayacaq

15:55 11-12-2022 | icon 757
Ulu Öndər Heydər Əliyev qəlbimizdə daim yaşayacaq

Bu gün müstəqil Azərbaycan Respublikasının bütün sahələrində ulu öndərimiz Heydər Əliyevin izi görünür. Görkəmli dövlət хаdimi, siyаsi tаriхimizə qurucu və хilаskаr kimi dахil оlmuş ümummilli liderimiz Аzərbаycаn хаlqının tаlеyində, оnun mənəvi, siyаsi və ictimаi həyаtındа misilsiz хidmətlər göstərən dаhi şəхsiyyətdir.

       Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.

       Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər. Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı. Ümummilli lider uzun illər ordu quruculuğu ilə yanaşı, Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb

      Əsasını Ulu Öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi. Ata-baba torpaqlarımızın işğaldan azad olunması ilə bitən möhtəşəm zəfərdə Ali Baş Komanda İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan gəncləri əsas rolu oynadılar. Qorxmaz, igid gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Təbii ki, gənclərin belə vətənpərvər, milli ruha sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətin müstəsna əhəmiyyəti var.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.

          Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı qarşısında gördüyü işlər çox böyükdür. Nə qədər nəsillər dəyişsə də, insanlar həmişə onun haqqında millətin atası, ümummilli lider, görkəmli şəxsiyyət, dahi azərbaycanlı kimi danışacaqlar. Onun adı ölümsüzdür, o, artıq Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Dahi rəhbərimizin xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq və xalqımız müdrik rəhbərinin xatirəsini daim ehtiramla yad edəcəkdir.

Rafiq Ağayev,

Yeni Azərbaycan Partiyası

Cəlilabad Rayon Təşkilatı sədrinin müavini


Digər xəbərlər

0.25888800621033