Abşeronda Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi - Fotolar

11:07 12-12-2022 | icon 687
Abşeronda Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi - Fotolar

Abşeron rayonunda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımıza qurtuluş bəxş edən, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar Xırdalan şəhərindəki Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzüblər.

 

Ulu öndərin adını daşıyan mərkəzdə keçirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq bildirib ki, Ümummilli lider Azərbaycan dövlətçiliyini dağılmaqdan, ölkədə vətəndaş müharibəsinin baş verməsindən qoruyub: “Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda ölkə iqtisadiyyatında surətli inkişafın əldə olunub, “Əsrin müqaviləsi” imzalanıb, nizami ordu quruculuğunun əsasının qoyulub, ölkədə bütün sahələrdə irəliləyişlərin əldə olunub. Ulu Öndərin qurduğu Azərbaycan nəinki bölgədə, o cümlədən bütün regionda güclü dövlətə çevrilib. Ümummilli lider Heydər Əliyevin ideyaları və Azərbaycançılıq məfkürəsi ilə tərbiyə olunmuş igid oğullarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşərək döyüş meydanında düşmənə ağır zərbə vurub və xalqımız Vətən müharibəsində qalib gələrək 30 illik düşmən işğalına son qoyub”.

Tədbirdə Ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən müxtəlif sahələrdə görülmüş işlər barədə də genş danışılıb və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyi xüsusilə qeyd edilib.

 

 






Digər xəbərlər

0.24352502822876