Lənkəran ictimaiyyəti Ümummilli Lideri dərin hörmət və ehtiramla yad ediblər
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötür. Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Ümummilli Lider ömrünü müstəqil Azərbaycan dövlətinin varlığını qorumağa həsr etdi, xalqın ən çətin günlərində ağır məsuliyyəti çiyinlərinə götürdü, inam və əzmlə ölkənin siyasi quruluşunun qorunmasına, dövlətin möhkəmlənməsinə, beynəlxalq arenada müstəqil siyasi təsisat kimi fəaliyyət göstərməsinə nail oldu. Hər bir vətəndaş müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevi anmağı, yad etməyi özünə mənəvi borc bilir. Dekabrın 12-də səhər saatlarından başlayaraq Lənkəran rayon ictimaiyyəti də Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, onun əziz xatirəsini böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıblar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının işçiləri, hüquq mühafizə orqanlarının rəhbər heyəti, habelə rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri Ulu Öndərin abidəsi önünə tər gülllər düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin əks olunduğu foto stendə baxış keçirilib, eyni zamanda, dahi şəxsiyyətin abidəsi önünə güllər düzülüb, ona olan hörmət və ehtiram ifadə edilib.
Qeyd edək ki, Lənkəran rayon ictimaiyyəti gün ərzində Ulu Öndərin abidəsini ziyarət edərək ona olan vəfa borcunu yerinə yetiriblər.
Ulu Öndər, ruhun şad olsun!
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...