Azərbaycanda gənc müəllim qəzada öldü - Foto

00:28 14-12-2022 | icon 1419
Azərbaycanda gənc müəllim qəzada öldü - Foto

Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib. Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.

Araşdırma aparılır.

Qeyd edək ki, 31 yaşlı Elvin Rüstəmov həm də idman jurnalisti idi. O, “Neftçi TV”də çalışırdı.

 

 

Digər xəbərlər

0.26983094215393