İkinci finalçı kim olacaq? - Fransa Mərakeşə qarşı

09:58 14-12-2022 | icon 995
İkinci finalçı kim olacaq? - Fransa Mərakeşə qarşı

Bu gün Qətərdə təşkil olunan dünya çempionatında növbəti finalçının adı müəyyənləşəcək.

İkinci yarımfinal matçında Fransa və Mərakeş milliləri üz-üzə gələcək.

“Əl-Bayt” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, ilk yarımfinal oyununda Argentina Xorvatiyaya 3:0 hesabıyla qalib gələrək finala yüksəlib.

Dünya çempionatı

  
 
 
 
 

Yarımfinal

14 dekabr

23:00. Fransa – Mərakeş

Baş hakim: Sezar Ramos (Meksika).

“Əl-Bayt” stadionu.


Digər xəbərlər

0.20043206214905