Bakıda “Uber”in 7 sürücüsü tutuldu - Foto
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən əvvəllər məhkum olunmuş “Uber” taksi şirkətinin sürücüsü Anar Kəlbiyev saxlanılıb.
Onun üzərindən, avtomobilindən və yaşadığı evdən külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotik satışında istifadə etdiyi plastik kart aşkar olunub.
İlkin sorğu zamanı Anar Kəlbiyev narkotiki qaçaqmalçılıq yolu ilə ölkəyə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib. Onun bu məqsədlə xaricdə yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə mütəmadi olaraq əlaqə saxladığı da həyata keçirilən texniki tədbirlərlə sübuta yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Anar Kəlbiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Baş İdarə əməkdaşları tərəfindən son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Uber” taksi şirkətinin ümumilikdə 7 sürücüsü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslərdən 20 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunub.
Bu şəxslərin daxil olduqları şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
-
Marketdən 8 min manatlıq spirtli içki oğurladı - Video
...
-
Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
...
-
Daha bir tiktoker həbs olundu - DİN-dən açıqlama
...
-
“Forbes”ə görə Ermənistanın bir milyarderi var - O da DTX təcridxanasında
...
-
Azərbaycanda qadın casusluğa görə həbs edilib
...
-
“Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN
...
-
Moskvada “Crocus City Hall”da terror aktı - Ölənlərin sayı 115-ə çatdı
...
-
Terminaldan 10 minə yaxın pul oğurladılar - Video
...
-
Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində!
...
-
Azərbaycanda girov belə azad edildi - DTX-dən antiterror tədbiri - Video
...