Ağalı məktəbinə UNEC-in Zaqatala filialından qiymətli hədiyyə
Azərbaycan İqtisad Universiteti (UNEC) Zaqatala filialının bir qrup müəllim və tələbə heyəti Zəngilan rayonunun Ağalı kəndində olub, bir sıra görüşlər keçirib.
Bu barədə səfərdə iştirak edən filialın direktor müavini, dosent Həqiqət Qədimova məlumat verib.
Direktor müavini bildirib ki, filialın əməkdaşları və tələbələrin vaxtaşırı olaraq işğaldan azad olunan rayonlara səfərləri təşkil edilir. Bu dəfəki səfərdə isə tələbə və müəllim heyəti Ağalı kəndində yerləşən "Ağıllı kənd" layihəsi ilə yaxından tanış olub.
Sonra Ağalı kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüş keçirilib. Məktəbin müəllim və şagirdləri qarşısında çıxış edən dosent Həqiqət Qədimova əvvəlcə onları UNEC Zaqatala filialının kollektivi adından salamlayıb və təhsillərində uğur diləyib.
Direktor müavini məktəblilərə filial haqda ətraflı məlumat verib, gələcəkdə birgə əməkdaşlıq etməyə, fikir və təcrübə mübadiləsi aparmağa hazır olduqlarını diqqətə çatdırıb.
Ağalı kəndində prezidentin səlahətli nümayəndələri Aqil Qurbanov, Ceyhun Həsənov və Ağalı kənd tam orta məktəbinin direktoru Nərminə Həsənova çıxış edərək onları Zaqataladan ziyarətə gələn filial kollektivinə minnətdarlıq edib.
Tədbirin sonunda dosent Həqiqət Qədimova prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəkli həkk edilən xalçanı Ağalı kənd tam orta məktəbinə xatirə olaraq təqdim edib.
-
Elm və təhsil nazirinə yeni müavin təyin olunub
...
-
Bu təhsil idarələrinə onlar rəhbərlik edəcək
...
-
Zabuxda məktəb fəaliyyətə başladı - Foto
...
-
Müəllimlərin vəzifə maaşına əlavələr edildi - Foto
...
-
Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
...
-
Qızılcaya görə Bakı məktəblərində dezinfeksiya işləri aparılır - Fotolar
...
-
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
...
-
Sərbəst və yunan-Roma güləşi üzrə XV Universiada keçirilib
...
-
Bu həftə məktəblərdə payız tətili başlayır
...
-
"Uşaq hüquqları aylığı" çərçivəsində Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyada şagirdlərlə görüş keçirilib
...