Şuşa-Laçın yolundakı etiraz aksiyası mülki ermənilərə qarşı deyil  

17:05 16-12-2022 | icon 876
Şuşa-Laçın yolundakı etiraz aksiyası mülki ermənilərə qarşı deyil
 

       Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun ətrafında mübahisənin əlamətləri təxminən iki həftə əvvəl üzə çıxmağa başlayıb. Onun kökləri Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə faydalı qazıntıların işlənməsi və ixracı ilə bağlıdır. Azərbaycan onun nəzarəti olmadan bölgədə aparılan geyri-qanuni fəaliyyətin monitorinqini istəyir. Lakin həmin monitorinqin keçirilməsinə maneə törədildiyindən azərbaycanlı fəallar dekabrın 12-də Şuşadan Xankəndinə gedən yolun üzərində aksiyaya başlayıblar.

     Azərbaycan dövləti Laçın yolunu bağlamayıb, əksinə həmin yolu yüksək səviyyədə çəkib və mülki məqsədlər üçün, sülhə, birgəyaşayışa, mehriban qonşuluğa xidmət üçün istifadəyə verib. Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli bəyanatı pozan tərəf heç zaman biz olmamışıq, tam əksinə Ermənistan həmin bəyanatın müddəalarını yerinə yetiriməmiş, özəlliklə IV bəndə zidd şəkildə erməni silahlı birliklərini hələ də bizim ərazilərdən çıxarmamış, VI bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etmişdir. Üstəlik, bəyanatın daha bir bəndi – IX bənd üzrə öhdəliyinə zidd olaraq, Ermənistan bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törətmişdir.

Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Erməni mətbuatı, teleqram kanalları həmişəki saxta ritorikalarına uyğun olaraq yazırlar ki, guya, burada mülki insanların, təcili yardım maşınlarının keçməsinə yol verilmir. Onlar bununla bizi bu aksiyaya müxtəlif don geyindirməklə gözdən salmaq niyyətindədirlər. Azərbaycanın ekologiya fəallarının, ümumən vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası mülki ermənilərə qarşı olmayıb, Rusiya “sülhməramlı”larının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır. Aksiyaçılar öz çıxışlarında Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki və təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə qeyd edirlər. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır.

Şuşa-Laçın yolundakı etiraz aksiyasında iştirak edən Azərbaycan ekoloqlarını, təbiətsevərlərimizi, onların timsalında vətəndaş cəmiyyəti institutları təmsilçilərimizi alqışlayır, göstərdikləri dəyanət üçün onlara təşəkkür edirik.

Səyyad Hüseynov,

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının

İnsan Resursları şöbəsinin müdiri


Digər xəbərlər

0.2511899471283