Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

17:42 21-12-2022 | icon 1013
Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

“Azərbaycan futbolunda güclü islahatlar lazımdır”.

Bunu müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov ölkə futbolunun inkişafı ilə bağlı danışarkən deyib.

Nazir bildirib ki, əsas problem Azərbaycan çempionatındakı klubların sayının azlığıdır: “Şəxsən mən düşünürəm ki, ölkə çempionatında klubların sayı çox olmalıdır. Hər bir idman növünə, təkcə futbol deyil, bu gün voleybola, həndbola və digər komanda idman növlərinə baxsaq, klublar çox olmasa, inkişaf etməsə, milli komanda oyunçu ilə təmin oluna bilməz. Bu gün klubların sayının az olması bu prosesdə bizə əsas mane olan səbəblərdən biridir. Doğrudur, futbol federasiyası çempionat iştirakçılarının sayını iki klub artırdı, birinci divizionda müəyyən dəyişikliklər oldu. Yenə də bu sahədə köklü dəyişikliklər lazımdır”.

Fərid Qayıbov vurğulayıb ki, futbolçuların daha yaxşı çıxış etməsi hamının arzusudur: “İndi vəziyyətimiz belədir, gördüyünüz kimi. Bu il milli komandamız son oyunlarında pis çıxış etmədi. Amma fakt budur ki, biz bu vaxta kimi heç vaxt Avropa və dünya çempionatlarının əsas mərhələsində çıxış edə bilməmişik. Heç buna yaxın olan yaxşı nəticə də göstərməmişik. Bunun üçün həm iş adamlarını, həm şirkətləri bu sahəyə cəlb etmək lazımdır. Klubların idarəçiliyində onların iştirakını təmin etməliyik. Klubların sayı mütləq artırılmalıdır. Futbolla məşğul olan uşaqlar var, onlar müəyyən yaşa çatdıqdan sonra artıq oynamağa yer tapmırlar”.


Digər xəbərlər

0.24777793884277