"İşdən çıxarılmamışam, öz istəyimlə ayrılmışam" - Qənirə Sultanovadan açıq məktub

17:26 23-12-2022 | icon 999

"Aktualxeber.az saytında mənim, guya fəaliyyətimdəki neqativ hallarla əlaqədar işdən qovulmağımla bağlı yazılar dərc olunur. Qeyd edirəm ki,  yazı tamamilə əsassız və qərəzlidir."

Bu sözləri Bakı şəhər, Binəqədi rayon, 144 saylı orta məktəbin keçmiş direktoru, Avropa Təbii Elmlər Akademiyasının üzvü Qənirə Sultanova bildirib. 

"Həmin saytda 144 saylı məktəbin direktoru olduğum müddətdə mütəmadi olaraq barəmdə təhqir, işgüzar nüfuzuma xələl gətirəcək yazılar dərc olunurdu.

Bununla bağlı olaraq mən məhkəməyə müraciət etdim.

2021-ci ilin 17 may tarixində Gədəbəy rayon (aktualxeber.az saytı həmin rayonda qeydiyyatda olduğu üçün) məhkəməsində işə baxılıb və mənim haqlı müraciətim məhkəmə tərəfindən təmin olunub. 

Məhkəmənin qərarı ilə barəmdə yayılan məlumatların  həqiqətəuyğun olmadığı, şərəf, ləyaqət və işgüzar nüfuzumu ləkələyən məlumatlar olduğu hesab edilib. 

Yazıların həmin sayta təkzib olunması və mənə vurulan mənəvi ziyana görə 1000 manat məbləğində pulun alınıb mənə verilməsi haqda məhkəmə qərardad çıxarılıb. 

Qərarı həzm edə bilməyən,yararsız işlədiklərinə görə məktəbdən kənarlaşdırılan saytın xəbər ötürücüləri son yazıda işdən "qovulmağım" barədə məlumat dərc etdiriblər. 

Daha sonra Qənirə xanım haqqında neqativ yazılar dərc olunan xəbər saytına açıq məktub ünvanlayıb. 

Məktubda deyilir:

Səviyyənizə enib sizə cavab vermək fikrində deyildim. (Bu gün təsadüfən rastlaşdığım 08.09.2022-ci il tarixli yazınızı görməsəydim. Əslində bu yazl ilə özünüz öz qiymətinizi vermisiniz.) Çünki, siz yazıq,zavallı,heysiyyatsız,İnsanlıqdan uzaq,ünvanı bəlli olmayan qorxaqsınız. Sizin cavabınız Gədəbəy rayon məhkəməsinin (aktualxeber.az adlı bu sayt Gədəbəy rayonunda rəsmi qeydiyyatdan keçib) 17 may 2021-ci il tarixli qətnaməsində və apellyasiya verdiyiniz (13 oktyabr 2021-ci il) Gəncə məhkəmə iclasında qazandığım qərarlarla verilib. (Hər iki instansiya məhkəməsinin qərarlarının nüsxələri sizdə var)

Qətnamələri dəfələrlə oxuyun. Hər oxuyanda daxilinizdəki kin-küdurəti, pisliyinizi püskürün. Püskürün ki, təmizlənəsiniz. Allah sizi islah etsin! İslah etsin ki, başqaları zərər görməsin. 

08.09.2022-ci il tarixli yazınızda "çəmkirmək" ifadəsini işlətmisiniz. Bizlərdə buna kollektivi və şagirdləri davranış qaydalarına riaət etməyə, məktəb inventarlarını qoruyub saxlamağa, məktəbin təmizliyinə və gigiyenik qaydalara əməl etməyə, dövlətin əmlakını mənimsəməməyə, zərər vurmamağa dəvət etmək,çağırmaq deyilir. 

47 illik pedoqoji fəaliyyətim dövründə heç bir fəxri ad güdmədən təhsilin keyfiyyətinin artırılması məqsədilə dövlətin əmr və sərəncamlarını maneəsiz yerinə yetirməyə çalışmaq, dövləti,dövlətçiliyi qeyri-şərtsiz təbliğ etmək, millətini sevmək, milli-mənəvi dəyərlərə sahiblənən, dövləti layiqincə təmsil etməyi bacaran vətəndaşlar yetişdirmək həyat amalım olub. 

Çünki, mən M.C. Paşayevdən, B.Vahabzadədən, G.Hüseynoğludan, F.Zeynalovdan, A.Axundovdan, Ş.Qurbanovdan və digər çox hörmətli pedaqoqlardan dərs almışam və bununla fəxr edirəm. 

Hərbçi, Polkovnik rütbəli oğul böyütdüyüm ailəmlə,nəvələrimlə,dərs dediyim şagirdlərimlə,məzunlarımla, çalışdığım pedoqoji kollektivlə fəxr edirəm. Hər kollektivdə işinin öhdəsindən gələ bilməyən müftəxorlar olur. Həmin adamlar da məktəbdən uzaqlaşdırılmış, sağlam mühit yaradılmış, kollektivin məmnunluğu təmin edilmişdir. 

Nəzərinizə çatdırıram ki, 67 yaşlı şəxs işdən qovulmur. Sadəcə yaş həddinə görə müqavilə artırılmır və hörmətlə təqaüdə göndərilir. 

 

Qənirə Sultanova redaksiyamıza son ayda mükafatlarının və məhkəmə qərardadının fotolarını da gönədrib. 

Həmin fotoları təqdim edirik:


Digər xəbərlər

0.2405149936676