Kürdəmirdə şəhid bulağının açılışı olub
Kürdəmir rayonunda şəhid Möhübbət Əzimovun xatirəsinə inşa olunmuş ehsan bulaq kompleksinin açılşı olub.
Bulaq kompleksi şəhidin təhsil aldığı və hazırda onun adını daşıyan Atakişilli kənd orta məktəbinin qarşısında inşa olunub.
Açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər şəhidin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətdən söhbət açıblar. Şəhidə bir zamanlar dərs demiş müəllimləri onun hələ uşaq vaxtlarından vətənpərvər ruhda böyüməsindən danışıblar.
Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və kompazisiyalar səsləndirilib.
Qeyd edək ki, Möhübbət Əzimov 1974-cü ildə avqust ayının 18–də Kürdəmir rayonunun Atakişilli kəndində anadan olub. O, 1981-ci ildə atakişilli kənd orta məkərbinə daxil olub. Məktəbi bitirdikdən sonra sürücülük məktəbini oxuyub, 1992-ci ilin dekabrında Kürdəmir rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.
İlk xidmətini Xızı rayonunda hərbi təlim keçdikdən sonra ordan sürücü olduğuna görə Qubadlı rayonuna artireliya batareyasında sürücülük vəzifəsində çalışıb. Bundan başqa M.Əzimov Birinci Qarabağ müharibəsində cəbhənin Zəngilan, Füzuli, Beyləqan və Qubadlı istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək komandirlərinin rəğbətini qazanıb.
O, 1994-cü ildə Füzulinin Kərimbəyli kəndində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olub.
Şəhid Kürdəmir rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...