Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən hesab olunur”

16:57 23-12-2022 | icon 787
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən hesab olunur”

“Hər bir xalqın ən böyük istəyi onun qüdrətli dövlətə sahib olması, orada
yaşamasıdır. Güclü dövlətin mövcudluğu isə, təbii ki, onun rəhbərinin şəxsi
keyfiyyətlərindən, idarəçilik səriştəsindən, ali rəhbər xarakterindən, siyasi
yaradıcılıq qabiliyyətindən bilavasitə asılıdır. Bu cür dahi şəxsiyətləri öz
nümayəndələri arasında müəyyənləşdirmək, özünə rəhbər seçmək isə xalqın
kamilliyini, müdrikliyini əks etdirir. Biz şanı-şöhrəti bütün dünyaya səs salan,
dayanmadan inkişaf yolu tutan bugünkü Azərbaycanı gördükdə onun xalqının nə
qədər kamil olduğunu dərindən dərk edir və qürur duyuruq ki, bu xalqın
nümayəndələriyik. Zaman göstərdi ki, Azərbaycan xalqının rəhbər seçdiyi cənab
İlham Əliyev onun Ümummilli Liderinin siyasi kursunu şərəflə davam etdirdi,
növbəti uğurlara daşıdı, müstəqilliyini möhkəmləndirdi, dövlətçiliyini inkişaf
etdirdi, xalqının rifahını daha da yüksəltdi. Cənab İlham Əliyev xalqımıza nə vəd
vermişdisə, hansı öhdəlikləri öz üzərinə götürmüşdüsə onların hamısını ləyaqətlə
yerinə yetirdi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Biz bunun əyani şahidiyik, dünya ictimaiyyətinə də məlumdur ki, Prezident
İlham Əliyevin fəaliyyətinin təməlində Azərbaycan vətəndaşı dayanır. O, xalqının
hər bir nümayəndəsinin xoşbəxt yaşaması üçün nə lazımdırsa, onu da edir. Verdiyi
hər bir qərar, müəllifi olduğu strategiyalar xalqımızın firavan həyatını hədəfləyir.
Dövlətimizin başçısı kadrları rəhbər vəzifəyə təyin edərkən ən əsas tapşırığı
vətəndaş məmnunluğudur. Onlaradan xalqın arasında olmaq, problemlərini
öyrənmək, qaldırılan məsələləri həll etmək xüsusi olaraq tələb olunur. Həmçinin
Prezident regionlara səfər edərkən yerli sakinlərlə şəxsən görüşür, söhbətləşir,
qayğıları ilə maraqlanır, istəklərini öyrənir, problemərin aradan qaldırılması üçün
göstərişlər verir. Bu, dövlətimizin başçısının idarəçilik prinsiplərinin mərkəzində

dayanan məsələlərdir. Prezidentimiz insanların sosial vəziyyətinin daha da
yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atır, əməkhaqlarını, əmək
pensiyalarını və sosial müavinətləri, təqaüdləri və digər sosial ödənişləri müntəzəm
olaraq artırır, sosial rifahı, əmək şəraitini yüksəldən fərman və sərəncamlar verir”,
- AHİK sədri bildirib.
Onun sözlərinə görə, hər zaman ölkəmizin gələcəyini düşünən Prezident
İlham Əliyev gənclərimizi diqqətdə saxlayır, onların istedadının üzə çıxarılmasına,
potensialının qiymətləndirilməsinə və gerçəkləşməsinə dəstək olur: “Həmçinin
gənclərimizin vətənpərvər, Vətənə və dövlətə sədaqət ruhunda yetişməsində,
savadlı, bacarıqlı kadr kimi formalaşmasında əhəmiyyətli işlər görür. Bunun
nəticəsidir ki, Azərbaycan gəncliyinin ictimai-siyasi həyatda rolu durmadan artır,
ölkəmizin əsas aparıcı qüvvəsinə çevrilir. Qırx dörd günlük Vətən müharibəsində
gənclərimizin nümayiş etdirdiyi qəhrəmanlıq bütün dünyada gündəm oldu.
Fəxarətlə deyə bilərik ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, milli
düşüncəyə malik gənclər formalaşır. Gənclərimizin bütün sahələrdə, o cümlədən
elm və təhsil, idman səhəsində əldə etdiyi nailiyyətlər dövlətimizin gənclər
siyasətinin effektli nəticələridir. Elə bir beynəlxalq idman yarışı yoxdur ki,
gənclərimiz tərəfindən Dövlət Bayrağımız orada dalğalanmasın”.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin xarici
siyasətinin önündə Azərbaycan xalqının mənafeyi, dövlətimizin milli maraqları
dayanır. O, qətiyyəti, diplomatik məharəti, siyasi bacarıqları ilə ölkəmizi
beynəlxaql aləmdə ləyaqətlə təmsil edir, dövlətimizin maraqlarını şərəflə qoruyur.
Dərin və hərtərəfli biliyi, analitik düşünmə tərzi, tutarlı və sərrast arqumentləri,
cəsarətli və məntiqli çıxışları ilə dünyanın ən nüfuzlu liderlərindən hesab olunur.
Onun beynəlxalq görüşlərdə və apardığı ali səviyyəli danışıqlarda sərgilədiyi
mövqe, nümayiş etdirdiyi davranış yüksək siyasi mədəniyyətinin göstəricisidir.
Cənab İlham Əliyev müəyyənləşdirdiyi siyasətlə Azərbaycanın imicini dünyada
yüksəltdi, əhəmiyyətli, vacib bir ölkəyə çevirdi. Bu gün dünyada elə bir ölkə
yoxdur ki, Azərbaycanla əməkdaşlıqdan məmnunluq duymasın”.

S.Möhbalıyev əlavə edib ki, möhtərəm Prezidentimiz daim Azərbaycan
həmkarlar ittifaqlarının fəaliyyəti ilə maraqlanır, AHİK-in qurultaylarına təbrik
məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini
və fəallarını dövlət təltifləri ilə mükafatlandırır: “Həmçinin insanların iqtisadi və
sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar
ittifaqlarının rolunu yüksək qiymətləndirir, quruma hər zaman dövlət dəstəyi
verir”.


Digər xəbərlər

0.22606301307678