Böyük Qayıdışa dair I Dövlət Proqramı Tarixi sərəncam

13:29 24-12-2022 | icon 1059
Böyük Qayıdışa dair I Dövlət Proqramı Tarixi sərəncam

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral
tarixli 2469 nömrəli Sərəncamı ilə Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin
reallaşdırılması məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Tarixi
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş
ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə
Prezident İlham Əliyevin 16.11.2022- ci il tarixli 3587 nömrəli Sərəncamı ilə
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Tarixi Sərəncamla təstiq olunmuş
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq
işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun
hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma
torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən
risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün
maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.
Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə
strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi
potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlət
Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına
daxil olan işğaldan azad edilmiş bütün ərazilər təşkil edir.
İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində
Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri
müəyyənləşdirilərkən mövcud Qlobal trendlər nəzərə alınaraq Birləşmiş
Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal
inkişaf prioritetləri nəzərə alınmışdır.
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili
məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi
idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır.
İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii
sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların
bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram
əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən
baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386
nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.

Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı prioritet vəzifələr
müəyyən olunmuşdur: Yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin
edilməsi; Ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması;
Yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı
şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və
kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi; İşğaldan
azad edilmiş ərazilərdə su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə
bağlı zəruri layihələrin icrası; Bərpa olunan enerji mənbələrindən istifadəyə
əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının
yaradılması; Yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən
telekommunikasiya və poçt şəbəkələrinin qurulması; Qabaqcıl standartlara
uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması, onların əlçatanlığının
təmin edilməsi; İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının
artırılması; İnsan kapitalının inkişaf etdirilməsi; Sosial dəstək mexanizmlərinin
geniş tətbiqi; İşğaldan azad edilmiş rayonlarının iqtisadi ixtisaslaşdırılması;
İşğaldan azad olunmuş ərazilərin sənaye potensialının gücləndirilməsi; Kənd
təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının stimullaşdırılması;
Yüksəkixtisaslı mütəxəssislərin, daxili və xarici investorların cəlb edilməsi üçün
həvəsləndirmə və güzəştlər nəzərdə tutulan sadələşdirilmiş iqtisadi modellərin
tətbiqi, bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanlarının
genişləndirilməsi; Özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl sektor
tərəfdaşlığının təşviqi; Müxtəlif turizm növlərinin inkişafının dəstəklənməsi;
Bərpa işlərinin həyata keçirilməsi zamanı ətraf mühitin təhlükəsizliyinin təmin
olunması.
Artıq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı” üzrə işğaldan azad olunmuş ərazilərdə geniş
tikinti-quruculuq işlərinə başlanmış, çoxsaylı layihələr həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata
keçiriləcək və bütün keçmiş məcburi köşkünlər öz doğma ata-baba yurdlarına
qayıdacaqlar.

Nuranə Səfərova
Saatlı rayonu Azadkənd kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.26074409484863