Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

13:36 24-12-2022 | icon 1329
Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir.

Bu barədə kompleksin direktoru Elşən Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, Qusar Azərbaycanın ən soyuq zonalarından biri olsa da, idman obyektində yerləşən hovuz yüksək səviyyədə hazırlanıb: "İndiyədək burada heç vaxt qışda üzgüçülük hovuzu fəaliyyət göstərməyib. Çox sevindirici haldır ki, bu, bütün respublika üzrə baş tutan "Birlikdə üzək" yarışına təsadüf etdi. Bu gün üçün 15 nəfər qeydiyyatdan keçib. Növbəti günlərdə sayda artım olacaq".

Qeyd edək ki, Azərbaycanda eyni vaxtda 30 idman kompleksində "Birlikdə üzək” adlı yarış keçirilir.


Digər xəbərlər

0.2252368927002