Salyanda elektrik təsərrüfatı yenilənir - FOTOLAR

09:56 27-12-2022 | icon 1386
Salyanda elektrik təsərrüfatı yenilənir - FOTOLAR

Salyanın dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədi ilə qəsəbə və kəndlərdə elektrik enerjisi yenidən qurulur.

Rayonda istifadə müddəti başa çatmış trasformatorlar, elektrik naqilləri və dayaqlar yenisi ilə əvəzlənir.

Rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə Kürqaraqaşlı kəndi ərazisində yerləşən 110/35/10 kV-luq 2x25 MVA gücündə "Qaraqaşlı" yarımstansiyası, Xurşud kəndi ərazisində yerləşən 35/6 kV-luq 1x4 MVA gücündə "Xurşud" yarımstansiyası, Kərimbəyli kəndi ərazisində yerləşən 35/10 kV-luq 2x5.6 MVA gücündə "Kərimbəyli" yarımstansiyası müasir üslubda yenidən tikilib.

Bununla yanaşı, 35/10 kV-luq 4 MVA gücündə "Babazanlı" və "Sarvan" yarımstansiyalarında, 35/10 kV-luq 1,8 MVA gücündə "Şəfəq" yarımstansiyasında əsaslı təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Rayonun Xıdırlı, Kərimbəyli, Kürqaraqaşlı, Xocalı, Cəngən, Beşdəli, Ərəbqardaşbəyli kəndləri və Babazanlı qəsəbəsi ərazisində də elektrik təsərrüfatları yenidən qurulub.

Hazırda yeni layihə çrçivəsində bunların davamı olaraq işlər sürətlə davam etdirilir.

Şəhərin 20 yanvar, Nazim Babayev, Təbriz Xəlilbəyli küçələrində istismar müddəti başa çatmış elektrik dayaqları yenisi ilə əvəz olunub, köhnəlmiş naqillərin yerinə SİP kabelləri çəkilib.

Həmçinin Qaraçala qəsəbəsi, Kürsəngi, Arbatan, Şorsulu, Dayıkənd, Boranıkənd, Seyidlər kəndləri ərazisində elektrik təsərrüfatlarında yenidənqurma işləri aparılır.

Belə ki, 91 ədəd köhnə transformatorlar müasir tipli yeni Komleks Transformator Məntəqələri ilə, 1440 ədəd 10 kV-luq, 8100 ədəd isə 0.4 kV-luq istismar müddətini bitirmiş ağac dayaqlar yeni dəmir-beton və metal dayaqlarla, 180 km 10 kV-luq, 218 km isə 0.4 kV-luq çılpaq naqillər müasir tipli özünüdaşıyan izolyasiyalı naqil (ÖİN) kabellərlə əvəz olunur.

Qeyd edək ki, elektrik təsərrüfatının yenidən qurulması prosesi rayon mərkəzi də daxil olmaqla, bütün yaşayış məntəqələrini əhatə edəcək.

 

 
 

Digər xəbərlər

0.25615000724792