İlin son iş günü hava necə olacaq?

20:58 29-12-2022 | icon 1076
İlin son iş günü hava necə olacaq?

İlin son iş gününə olan hava proqnozu açıqlanıb.

 
 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Digər xəbərlər

0.24913620948792