Ramil Şeydayev dünyanın ən yaxşı bombardirləri siyahısında

16:30 03-01-2023 | icon 962
Ramil Şeydayev dünyanın ən yaxşı bombardirləri siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün dünyanın ən yaxşı bombardirlərinin siyahısını təqdim edib.

67 futbolçunun yer aldığı siyahıda Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Ramil Şeydayev də yer alıb.

 

 

Forvard 25 qollla 55-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 56 qolla Kilian Mbappe başçılıq edir, 46 qol vuran “Mançester Siti”nin forvardı Erlinq Holand isə ikincidir. Malayziyanın “Johor” klubunun hücumçusu Berqson isə 3-cüdür.


Digər xəbərlər

0.2027587890625