Sabah hava necə olacaq?
Yanvarın 5-i üçün hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Dağlıq rayonlarda zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...