Nazirlikdən uşaqlar arasında yayılan virusla bağlı - Açıqlama
“Uşaqlarda immun sistem böyüklərlə müqayisədə nisbətən zəifdir. Bunun səbəbi immun sistemin tam formalaşmamasıdır. İlk 6-7 il immun sisteminin aktiv inkişaf etdiyi dövrdür. Bu yaşa qədər olan uşaqlar xüsusən payız-qış mövsümündə tez-tez xəstələnirlər”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev mövsümlə əlaqədar uşaqlar arasında yayılan xəstəliklərlə bağlı sualı cavablandırarkən bildirib.
O, bu kimi halların qarşısını almaq üçün valideynlərə bəzi tövsiyə və məsləhətlər verib: “Ana südünün uşaqlarda immun sisteminin yaradılmasında və gücləndirilməsində birbaşa əlaqəsi var. Bu səbəbdən ilk 6 ay ancaq ana südü ilə qidalanma çox önəmlidir. Valideynlər uşaqların gündəlik qida rasionunda bütün qida maddələrin olmasına diqqət yetirməlidirlər. Xüsusən istər xəstəlik dövrü, istərsə də sağlam zamanda yetəri qədər maye qəbul edilməsi şərtdir. Qidalanma qədər yuxu da uşaqlar üçün çox önəmlidir. Hər bir uşaq gün ərzində 8-11 saat yatmalıdır. Bundan əlavə, əllərin düzgün və təmiz yuyulmasına diqqət yetirmək vacibdir. Mövsümə uyğun geyimlərdən istifadə olunmalıdır”.
Həkim həmçinin bildirib ki, anemiya, B, Fe, Zn və D vitamlərinin əskikliyi də müqaviməti azaldır və tez-tez xəstələnməyə səbəb olur. Xəstəliklərin çoxu hava-damcı yolu ilə yoluxur. Buna görə də insanların çox olduğu qapalı, havasız məkanlardan uzaq olmaq lazımdır. Otaqların havası tez-tez dəyişdirilməlidir.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...