“Sonadək mübarizə aparacağıq” - De Byazi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərimiz barədə fikirlərini bölüşüb.
Italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında çətin qrupa düşdüklərini bildirib:
“Seçmə mərhələdə Belçika, Avstriya və İsveçin də yer aldığı çox çətin qrupda çıxış edəcəyik. Dördüncü səbətdən gəlmişik, az-çox Estoniya bizim səviyyəmizdə yığmadır. İstənilən halda sonadək mübarizə aparacağıq. Əlimdə olan bütün şanslardan istifadə etmədən heç vaxt təslim olmuram”.
2020-ci ilin avqustundan yığmamıza rəhbərlik edən 67 yaşlı baş məşqçi geridə qalan müddətdə gördüyü işi də dəyərləndirib: “Əvvəlcə bəzi problemlər var idi, çünki mentaliteti bərpa etməliydik. Son vaxtlar isə hər oyunda qalib gəlirik. İnanıram ki, belə davam edəcəyik”.
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdəki ilk oyununu bu il martın 24-də səfərdə Avstriya yığmasına qarşı keçirəcək.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...