Bu il Azərbaycanda tələbələrin köçürülməsi olmayacaq

23:00 10-01-2023 | icon 1261
Bu il Azərbaycanda tələbələrin köçürülməsi olmayacaq

2022-2023-cü tədris ilində Azərbaycanda tələbələrin köçürülməsi həyata keçirilməyəcək.

 

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, buna səbəb hazırda tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanmasıdır.

Bildirilib ki, köçürülmə və bərpa proseslərinin sadələşdirilməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir. Bununla əlaqədar 2022-2023-cü tədris ilinin qış tətili müddətində "transfer.edu.az" portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.

Qeyd edək ki, tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi, həmçinin tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.


Digər xəbərlər

0.27006697654724