Yanvarın 13-dən temperatur yüksələcək, hava yağmursuz olacaq - PROQNOZ
“Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu bir qədər də yüksələrək gündüz 3-5 dərəcə isti olacaq”.
Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O xatırladıb ki, Bakıda və Abşeron yarımadasında bu gün axşama doğru qarın tədricən kəsiləcəyi gözlənilir:
“Sabah gün ərzində hava əsasən yağmursuz olacaq, cənub-şərq küəyi əsəcək, havanın temperaturu gündüz 1-3 dərəcə isti olacaq. Rayonlara gəldikdə, bölgələrdə də yanvarın 12-dən başlayaraq qərb rayonlarında yağıntılar tədricən kəsiləcək”.
A.Verdiyev vurğulayıb ki, yanvarın 14-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir:
“Havanın temperaturu yanvarın 12-si gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda isə 5-10 dərəcə şaxta olacaq. Ayın 13-14-də isə rayonlarda gündüz 0-5 dərəcə isti, dağlarda isə gündüz 5-10 dərəcə şaxta olacaq”.
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...