İdmana dövlət dəstəyi

20:31 16-01-2023 | icon 1424
İdmana dövlət dəstəyi

Bu gün Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını
və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr
ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman
siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir
ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları,
Olimpiadalar dövlətlərarası uğurlu əlaqələrin, dostluğun, sülhün əsasını təşkil
edən ünsürlərdəndir. 
Bu məqsədlə 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində
ümumilikdə 20-yə yaxın müasir tipli olimpiya kompleksi Cənab İlham Əliyevin
şəxsi təşəbbüsü və təşkilatçılığı ilə inşa olunub. Son 10 ildə Naxçıvanda,
Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Zaqatalada, Masallıda,
Qazaxda, Şamaxıda, Tovuzda, Salyanda, Yevlaxda və digər rayonlarda dünya
standartlarına uyğun olimpiya-idman kompleksləri tikilərək idmançıların
istifadəsinə verilib. "Yaxt-klub", atıcılıq stendi və taekvando mərkəzi də MOK-
un uğurlu fəaliyyətini əks etdirən möhtəşəm idman obyektləridir. Hazırda
Mingəçevir şəhərində Avropada analoqu olmayan avarçəkmə bazası yaradılır.
Bütün bunlar da gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın
kütləviləşməsinə xidmət edir. 
Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu
sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər
üzündən respublikamızı tərk etmiş neçə-neçə gənc geri qayıdaraq ölkəmizin
idman şərəfini uca tutub, üçrəngli bayrağımızı göylərə qaldırıb. Artıq neçə
vaxtdır ki, respublikamızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur,
idmançılarımız hər il müxtəlif növlər üzrə keçirilən Avropa və dünya
çempionatlarına qatılaraq uğurlu nəticələr göstərirlər. Azərbaycan müxtəlif
beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilir. Dövlət
başçısı İlham Əliyevin əksər hallarda bu yarışları əyani surətdə izləməsi,
idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib
məqam kimi vurğulanmalıdır. 
Azərbaycanda idmançıların sosial vəziyyətinin, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində də ardıcıl addımlar atılır. Yəqin çoxları bu
fikirlə razılaşar ki, ölkədə heç zaman idmana və idmançılara bu cür yüksək
diqqət, qayğı olmayıb. Bu məqamda dövlət başçısının hələ 2004-cü ildə Afinada
keçirilmiş Olimpiya oyunlarının gedişində söylədiyi fikirləri də xatırlatmaq
istərdim. "İdmançılar böyük idmandan getdikdən sonra heç kimə lazım
olmurlar. Onlar sağlamlığını və gənclik illərini böyük idmana qurban verdilər.
Mən onlara həmişə dayaq olacağam" deyən dövlət başçısı idmançılara
hörmətini ifadə etmişdir. Həqiqətən də obyektiv səbəblərdən bu gün idmandan
uzaqlaşan insanlar dövlət başçısının diqqət və qayğısını aşkar hiss edirlər.
Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi
Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya
çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi
marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir.

Turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda
verir.
Dövlətimizin başçısı yanvarın 9-da ötən ilin idman yekunlarına həsr
olunan mərasimdə çıxış edərkən bildirdi ki, hər il olduğu kimi, keçən il də
Azərbaycan idmanı üçün uğurlu il olub. Ölkə Prezidenti vurğulayıb ki,
bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki
keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilib və
Azərbaycanın dinamik inkişafı təmin olunub. Qazanılmış uğurları təhlil edərkən
Prezident İlham Əliyev dünya, Avropa çempionatlarında idmançılarımızın
ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı. Beynəlxalq yarışlar
arasında V İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd edən ölkə Prezidenti 5 il
bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın
tarixi qələbə qazanaraq komanda hesabında birinci olduğunu, bu dəfə isə
Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü
yerə layiq görüldüklərini xatırlatdı
Prezident cənab İlham Əliyev öz çıxışı zamanı bildirdi ki, “Sevindirici hal
ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var.
Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses
davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını
qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm
Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də
əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına
hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il
olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli
Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas
istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz
gücünü təsdiqləsin.”
Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan sadəcə beynəlxalq idman
yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi
sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı
idman mərkəzlərindən birinə çevrilib.Prezident İlham Əliyev həmçinin bildirdi
ki, işğaldan azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması
nəzərdə tutulur və Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir.
Eyni zamanda Stadion yenidən qurulacaq və onun yanında böyük Olimpiya
İdman Kompleksi yaradılacaq.
Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük
qürur və rəğbət hissi ilə qarşılanır. Bütün bunlar idman gəncliyimizi inkişaf
etdirir və uğurlu gələcək vəd edir.

Hüseynova Aytac
Saatlı rayonu Fətəlikənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.22934412956238