“Qarabağ”ın futbolçusu ağır zədə aldı

20:40 16-01-2023 | icon 1007
“Qarabağ”ın futbolçusu ağır zədə aldı

“Qarabağ”ın futbolçusu Abbas Hüseynov ciddi zədə alıb. Bu barədə klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O bildirib ki, müdafiəçi məşqdə dizindən zədələnib və hazırda müayinələri davam edir.

 

“Futbolçunun arxa çarpaz bağlarında problem aşkarlanıb. Təkrar müayinələrdən sonra əməliyyat olunub-olunmayacağı ilə bağlı qərar veriləcək. Sonra hansı müddətdə meydanda olmayacağı bəlli olacaq. Görünən odur ki, zədəsi ciddidir”.


Digər xəbərlər

0.2564001083374