Azərbaycan Ağırlıqqaldırma Federasiyasının “Təkan” layihəsinin təqdimatı keçirilib
Yanvar ayının 17-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) də tərəfdaşı olduğu “Təkan” layihəsinin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yanvar ayının 9-da keçirilən 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmanın kütləviliyinin artırılması və daha da inkişaf etdirilməsinə dair tapşırıqlarını verib. Bu layihənin təqdimatı həmin tapşırıqların icrasınının təmin edilməsini özündə ehtiva edir.
Mərasim zamanı ötən il beynəlxalq arenalarda qazanılan uğurlar, istifadəyə verilən zallar, həmçinin bölgələrdə görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, federasiyanın təşəbbüsü ilə Azərbaycan ağır atletikasında kütləviliyin təmin olunması məqsədilə regionlarda qısa müddətdə yeni klublar yaradılıb, ölkə səviyyəli müxtəlif yarışlar təşkil edilib.
Əlavə olunub ki, prosesin daha sürətli və güclü olması üçün ictimaiyyətin idmana dəstəyi gərəkdir. Məhz bu səbəbdən federasiya “Təkan” platformasını istifadəyə verir. Onun vasitəsilə istənilən şəxs seçdiyi istənilən kluba ianə edə biləcək, fəaliyyətinə dəstək verəcəkdir. Bunun üçün www.tekan.az saytına daxil olmaq yetərlidir. Rahat interfeysi olan platforma ilə hər kəs qısa müddətdə öz dəstəyini vermək imkanı qazanacaq.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək, yeni platformanın regionlarda həm ağır atletika, həm də ümumilikdə idmanın inkişafına böyük təkan rolunu oynayacağını bildirib. Nazir hər kəsi bu layihəyə qoşulmağa Azərbaycanın gələcək uğurlarında yaxından iştirak etməyə dəvət edib.
Mərasimdə 2022-ci il ərzində beynəlxalq yarışlarda iştirak edən və uğur qazanan ağırlıqqaldıranların təmsil etdikləri klubların rəhbər şəxslərin mükafatlandırılıb, onlara xüsusi plaketlər təqdim edilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...