Neft bahalaşıb

10:57 18-01-2023 | icon 235
Neft bahalaşıb

Çində "qara qızıl"a tələbin artacağı ilə bağlı gözləntilər fonunda dünya bazarında neft qiymətləri artıb. 

Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,83 % bahalaşaraq 1 bareli 86,64 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,92 % artaraq 1 bareli 81,21 ABŞ dolları təşkil edib.

Treyderlərin əsas diqqəti dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çinə yönəlib. Neftin əsas idxalçısı olan bu ölkədə koronavirusla bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması neftə olan tələbə müsbət təsir göstərib.

İnvestorlar həmçinin Beynəlxalq Enerji Agentliyinin (IEA) bu gün açıqlanacaq hesabatını gözləyir.


Digər xəbərlər

0.52460289001465