Bu şəhərlər “Gənclər paytaxtı” seçildi

20:52 19-01-2023 | icon 968
Bu şəhərlər “Gənclər paytaxtı” seçildi

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Iclasın gündəliyinə əsasən, nazirliyin 2023-cü il üçün perspektiv iş planı təsdiqlənib.

"Sabahın alimləri" müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələsi, həmçinin Azərbaycan Respublikasının vahid idman təsnifatı müzakirə edilərək səsvermə ilə qəbul edilib.

İclasda "Gənclər paytaxtı"nın seçilməsi məsələsinə də baxılıb. Namizəd şəhərlərin təqdimatından sonra elektron səsvermə nəticəsində Mingəçevir şəhəri 2023-cü il, Lənkəran şəhəri isə 2024-cü il üçün "Gənclər paytaxtı" seçiliblər.

 

 


Digər xəbərlər

0.21958208084106