Azər Əliyev Malayziya Olimpiya Şurasının prezidenti ilə görüşüb
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycanda səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə görüşüb.
MOK-un mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan A. Əliyev Azərbaycanın xüsusilə fərqləndiyi, Olimpiya medalları qazandığı idman növlərinin olduğunu bildirib.
Onun sözlərinə görə, Malayziya badminton, velosiped və bu kimi digər idman növlərində güclü idmançılar yetişdirir. Baş katib deyib ki, tərəflər bu idman növləri üzrə mütəxəssilərin yetişdirilməsi və idmançıların təlimi məqsədilə qarşılıqlı əməkdaşlıq edə bilərlər.
A. Əliyev onu da qeyd edib ki, Prezident İlham Əliyev ölkədə idmanın inkişafına şəxsən böyük diqqət ayırır: "Məhz bu səbəbdən idmançılarımız beynəlxalq yarışlarda uğur qazanırlar".
Səmimi görüşə görə minnətdarlıq edən Norza Zəkəriyyə qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşqlərlə bağlı təklifi yüksək qiymətləndirib. O bildirib ki, bu günə kimi Olimpiya qızılı qazanmayan Malyaziya Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır.
Görüşdə Azərbaycan və Malaziya Olimpiya Komitələri arasında əməkdaşlıq haqqında sənəd imzalanmasına dair fikir mübadiləsi aparılıb.
Sonda xüsusi hədiyyələr təqdim olunub.
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...