Davos Forumunda Azərbaycan Prezidentinin tarixi çıxışı

10:58 23-01-2023 | icon 999
Davos Forumunda Azərbaycan Prezidentinin tarixi çıxışı

Cari ilin yanvar ayında İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətləri iştirak edib. Əhəmiyyətli tədbir: dünyanı narahat edən məsələlərin müzakirəsi Davosda keçirilən Dünya İqtisadi Forumunda, bir qayda olaraq, hər kəsi narahat edən məsələlər müzakirə olunur. Bu il keçirilmiş tədbir isə daha aktual təsir bağışlayırdı. Bunun əsas səbəbi dünyanın çoxlu sayda qlobal problemlərlə üz-üzə qalmasındadır.

        Azərbaycanı Prezident İlham Əliyev təmsil edib. Dövlət başçısı Forumun sessiyalarında nitq söyləyib. Onlardan biri Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” adlanırdı. Burada irəli sürdüyü ideyalarla dinləyicilərin dərin rəğbətini qazanan ölkə rəhbəri kifayət qədər peşəkar siyasətçi olduğunu bir daha təsdiq edib. Toxunduğu bütün məsələlərlə bağlı məntiqli, dolğun və əhatəli fikirlər söyləyən İlham Əliyevi tədbirdə iştirak edənlər diqqətlə dinləyib, öz münasibətlərini bildiriblər. Onların hər biri ölkə rəhbərinin söylədiyi strateji xarakterli tezislərin vacibliyini bir daha vurğulayıb.
         Panel iclasındakı çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Böyük tranzit imkanları olan ölkə kimi Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yaxın gələcəkdə yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələt Dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb.

        Bu gün biz həm siyasi, həm iqtisadi inkişafdan bəhs edirik. Bunlar ayrılmazdır. Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Davos Forumu bu yaxınlarda siyasətçilərə inamla bağlı yeni bir hesabat yaymışdır və Azərbaycan orada 20-ci yerdədir. Həqiqətən Davos Forumunda Azərbaycana və Prezident İlham Əliyevə çox böyük maraq var idi. Həm digər ölkələrin rəhbərlərinin, şirkət rəhbərlərinin, həm də ictimaiyyətin diqqətini açıq-aydın görmək mümkün idi.

Azər Əsgərov, Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli

tam orta məktəbin direktoru


Digər xəbərlər

0.25469398498535