Səttar Möhbalıyev: “Davos Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dünyanın diqqət mərkəzində oldu”

17:07 23-01-2023 | icon 940
Səttar Möhbalıyev: “Davos Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dünyanın diqqət mərkəzində oldu”

“Azərbaycanın bütün sahələrdə dinamik inkişafı, əldə etdiyi nailiyyətlər,
müəllifi olduğu layihələr və onların effektli nəticələri dünya dövlətlərinin diqqət
mərkəzindədir. Beynəlxalq aləm Azərbaycanın durmadan artan qüdrətini
dərindən anlayır və dünya üçün son dərəcə əhəmiyyətini yüksək qiymətləndirir.
Bu gün ölkəmiz mövzusundan və təyinatından asılı olmayaraq bütün qlobal
əhəmiyyətli tədbirlərin əsas iştirakçısıdır və aparılan müzakirələrdə fəal iştirak
edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin irəli sürdüyü beynəlxalq
təşəbbüslər yüksək səviyyədə dəstəklənir və qlobal problemlərin həllində
birmənalı şəkildə nəzərə alınır. Həmçinin Prezidentimiz iştirak etdiyi tədbirlərdə
dövlət maraqlarından çıxış edərək ölkəmizi layiqli şəkildə təmsil edir.
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclası da
ölkəmiz üçün əhəmiyyətli oldu. Məlumdur ki, Davos Forumu dünyanın iqtisadi
həyatında mühüm rol oynayır və beynəlxalq siyasətə təsiri kifayət qədər
böyükdür. Bu baxımdan Forum ölkəmizin iqtisadi imkanlarının, yaradılmış
əlverişli investisiya mühütünün təbliği baxımından unikal bir platformadır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Prezident
İlham Əliyev Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirdi,
Azərbaycanın malik olduğu potensialı qarşı tərəflərin diqqətinə çatdırdı:
“Görünən odur ki, dünyanın aparıcı şirkətləri Azərbayacanın iqtisadi gücünü
real dəyərləndirir və bu sahədə ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. İlk
növbədə, bu, uzun illərdir ölkəmizdə bərqərar olan sabitliklə bağlıdır. Həmçinin
burada əlverişli biznes mühüti formalaşıb, investisiya baxımdan münbit şərait
var. Əsas məqamlardan biri etimad məsələsidir ki, bu sahədə Azərbaycan ən etibarlı ölkələrdəndir. Dövlətimizin başçısı atdığı hər bir imzasına hörmətlə yanaşır, sözü ilə əməli eynidir”.
“Prezident İlham Əliyevin Latviya, Litva, Xorvatiya, Monteneqro,
Niderlandın dövlət və hökumət başçıları, Avropa Yenidənqurma və İnkişaf
Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı
direktoru ilə faydalı görüşləri oldu. Görüşlər zamanı aparılan danışıqlarda
iqtisadi məsələlərlə yanaşı, siyasi məqamlar da yer aldı. Dövlətimizin başçısı
regiondakı vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması
istiqamətində Azərbaycanın səyləri, Laçın-Xankəndi yolunda baş verən
hadisələrin əsl həqiqətlərini qarşı tərəfin diqqətinə çatıraraq ölkəmizə qarşı
aparılan yalançı təbliğatları iflasa uğratdı. Məlumdur ki, Ermənistan və bəzi
ermənipərəst qüvvələr bölgədə baş verən real vəziyyəti gizlədərək
dezinformasiya ilə məşğuldurlar. Təəssüflər olsun ki, bəzən onların bu tipli
yalan təbliğatlarına uyanlar da olur. Amma Prezidentimiz Forum çərçivəsində
keçirdiyi görüşlər vasitəsi ilə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı”, -
Milli Məclisin deputatı deyib.
S.Möhbalıyev əlavə edib ki, ümumilikdə 53-cü Davos Forumu ölkəmiz
üçün uğurlu oldu, Azərbaycanın beynəlxalq aləmdə artan mövqeyini və dünya
iqtisadiyyatının inkişafındakı rolunu göstərdi.


Digər xəbərlər

0.26227998733521