Azərbaycan neftinin qiyməti 90 dollardan aşağı düşüb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,43 % azalaraq 89,87 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 86,25 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
-
Yeni qərar avtomobilləri nə qədər bahalaşdıra bilər?
...
-
“Hell Energy” Azərbaycanda alüminium içki qutularını istehsal edəcək
...
-
“Azeri Light” bahalaşır
...
-
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
...
-
“Azeri Light”ın qiyməti 80 dolları ötdü
...
-
Dollara tələb 2 dəfədən çox artıb
...
-
“Azeri Light”ın qiyməti 76 dollara düşdü
...
-
Neftimiz bahalaşır
...
-
Yaz səfərinə “Nar”dan sərfəli rouminqlə başla!
...
-
“Nar” Müştəri Xidmətləri artıq KOBİA-da
...