Azərbaycan neftinin qiyməti 90 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,43 % azalaraq 89,87 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 86,25 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
-
“Azeri Light”ın qiyməti 98 dollara çatır
...
-
“Nar”dan təhsilə dəstək: Ən çox bal toplayan abituriyentlər mükafatlandırıldı
...
-
Azərbaycanda bu yolun ödənişli olacağına qərar verildi
...
-
Sentyabrın 8-dən qatarlar - Bu cədvəllə hərəkət edəcək
...
-
“Azeri Light”ın qiyməti 92 dollara çatır
...
-
“Gilan Holding” ləğv olundu
...
-
“Azeri Light”ın qiyməti 87 dollara düşdü
...
-
“Nar” “Stevie” mükafatına layiq görüldü
...
-
“Azeri Light” bahalaşdı
...
-
“Azeri Light” 89 dollara satılır
...