“Arka sokaklar” bitib?

13:22 26-01-2023 | icon 1416
“Arka sokaklar” bitib?

Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Arka sokaklar” serialı 45 gündür ki, efirə verilmir.

Bu səbəbdən bir çox izləyicilər serialın bitdiyi qənaətinə gəlib.

Məsələ ilə bağlı “Kanal D” rəsmi açıqlama yayıb.

 
 

Telekanal bildirib ki, fasilənin yaranmasına səbəb sağlamlıq problemləridir:

"Serialın prodüseri Türker İnanoğlunun xəstəliyi səbəbiylə bir müddət ekran işinə ara veriləcək".

Qeyd edək ki, “Arka sokaklar”  2006-cı ildən yayımlanır.


Digər xəbərlər

0.27380585670471