Səfirliyə hücum planlı şəkildə olub - Yeni görüntülər
Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun yeni detalları məlum olub.
"Azeripress"ın məlumatına görə, bu barədə “Qafqazinfo” yeni görüntülər əldə edib.
Yeni görüntülərə əsasən, onu demək olar ki, terror hücumu ani olmayıb, bu, planlaşdırılmış şəkildə həyata keçirilib.
Məlum olub ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadə səhər saatlarında səfirliyimizə bir neçə dəfə hücum edib. Onun ilk hücumunun qarşısını səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev alıb və onu qapıdan çölə çıxarıb.
İkinci cəhddə isə o, maşınında “kuvalda” götürüb qapını sındırmağa çalışıb. Bu zaman terrorçunun hücumda istifadə etdiyi “Kalaşnikov” avtomatını yerə qoyduğu da görüntülərdə açıq-aşkar görünür.
Maraqlıdır ki, bu proses 20 dəqiqədən çox davam edib və heç bir yerli polis əməkdaşı terrorçunun qarşısını almağa cəhd belə etməyib. Terorrçu sonuncu dəfə səfirliyin binasına daxil olub Orxan Əsgərovu qətlə yerində, onun qarşısını yenə də Azərbaycan səfirliyinin əməkdaşı Vasif Tağıyev alıb və o, qəhrəmancasına mübarizə göstərərək Yasini zərərsizləşdirib. Bu məqamda iranlı polislərin harada olması isə böyük sual doğurur.
Bu görüntülərdən açıq-aşkar aydın olur ki, terror hücumu əvvəlcədən planlaşdırılıb və İran rəsmilərinin də dediyi kimi, ər-arvad mübahisəsindən irəli gələn hücum deyil.
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...