Premyer Liqada 20-ci tur başlayır

10:22 30-01-2023 | icon 722
Premyer Liqada 20-ci tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Sumqayıt” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək.

 
 

Bu turun “Qarabağ” – “Şamaxı” və “Səbail” – “Kəpəz” matçları sabah, “Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri isə fevralın 1-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
20-ci tur
30 yanvar

“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı.
Sumqayıt. “Kapital Bank Arena”, 18:00.


Digər xəbərlər

0.87028694152832