AHİK-də həmkarlar ittifaqlarının veteranları ilə görüş keçirilib

09:35 31-01-2023 | icon 894
AHİK-də həmkarlar ittifaqlarının veteranları ilə görüş keçirilib

Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
30 illik yubileyi ərəfəsində uzun illər həmkarlar ittifaqları sahəsində çalışmış
veteranlarla görüş keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi
uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
iştirakçıları, o cümlədən veteran həmkarlar işçilərini AHİK-in yaranmasının 30
illiyi münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.
Ardınca S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının inkişaf tarixindən,
fəaliyyət istiqamətlərindən, vətəndaş cəmiyyətinin formalaşmasında
xidmətlərindən, həmçinin həmkarlar ittifaqlarına Ulu Öndər Heydər Əliyevin və
onun layiqli davamçısı Prezident İlham Əliyevin göstərdiyi dövlət dəstəyindən
bəhs edib.
Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə
həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət ayırıb, qiymətli tövsiyələrini
verib, qurultaylarına məktublar ünvanlayıb. Həmçinin dövlətimizin başçısı
cənab İlham Əliyev də daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi
sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və
fəallarını mükafatlandırır.
AHİK sədri uzun illər həmkarlar ittifaqları sistemində çalışmış işçilərin
fəaliyyətini yüksək qiymətləndirib və təsisatın inkişafında səmərəli
xidmətlərindən danışaraq onlara təşəkkür edib.

Vurğulayıb ki, ölkəmizdə əmək adamlarının sosial problemlərinin həlli, onlar
üçün layiqli iş şəraitinin yardılması, əmək münasibətlərinin tənzimlənməsi,
işçilərin qanuni mənafelərinin qorunması istiqamətində əldə olunmuş
nailiyyətlərdə Sizin zəngin təcrübəniz və peşəkar fəaliyyətiniz əhəmiyyətli rol
oynayıb.
Qeyd edib ki, yaşadığımız qüdrətli dövlətimizdə vətəndaşlarımızın bütün
hüquqları, o cümlədən əmək hüquqları ən yüksək səviyyədə təmin edilir və
buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya minnətdarıq.
Çıxış edən veteranlar həmkarlar ittifaqları sistemindəki fəaliyyətlərindən
danışıb, ötən günlər xatırlanıb.
Sonda AHİK tərəfindən veteranlar mükafatlandırılıb.


Digər xəbərlər

0.31424999237061