Qaradağın icra başçısı bu dəfə 40 vətəndaşı qəbul etdi

09:36 31-01-2023 | icon 731
Qaradağın icra başçısı bu dəfə 40 vətəndaşı qəbul etdi

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbəsində səyyar qəbulu keçirilib.

Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. 

 
 
 

Keçirilmiş səyyar qəbulda 40-a yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 7 nəfəri fərdi qaydada dinləyən başçı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

 



Digər xəbərlər

0.2141649723053