Səttar Möhbalıyev: “Azərbaycanla Macarıstan əlaqələrində yeni imkanlar açılır”

21:23 31-01-2023 | icon 988
Səttar Möhbalıyev: “Azərbaycanla Macarıstan əlaqələrində yeni imkanlar açılır”

“Beynəlxalq münasibətlər sistemində yaşanan gərginlik, o cümlədən Rusiya-
Ukrayana müharibəsinin səbəb olduğu böhran Azərbaycanın qüdrətini və dünya
üçün dəyərini bir daha göstərdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və
inkişaf etdirilən ölkəmizin enerji siyasəti dünya liderlərinin və ekspertlərin də
ifadə etdiyi kimi, bu gün böyük xilaskarlıq missiyasını uğurla yerinə yetirir.
Məhz bu siyasətin nəticəsidir ki, artıq Azərbaycan regionun enerji mərkəzinə
çevrilib və reallaşdırdığı layihələrin dəyəri yüksək qiymətləndirilir. Avropanın
üzləşdiyi enerji böhranının aradan qaldırılmasında mühüm rol oynayan ölkəmiz
həm də etibarlı tərəfdaş kimi özündən bəhs etdirir. Təbii ki, bu aspektdə
dövlətimizin başçısı cənab İlham Əliyevin balanslaşdırılmış siyasəti və
Azərbaycanda mövcud olan möhkəm sabitlik son dərəcə vacib amillərdəndir ki,
ölkəmizin nüfuzunu yüksəldir, beynəlxalq mövqelərini gücləndirir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa ölkələri ilə bir çox sahələri əhatə
edən əlaqələri son illərdə intensivləşən qarşılıqlı səfərlər, keçirilən görüşlər,
imzalanan sənədlərlə daha da möhkəmlənir və genişlənir: “Bu baxımdan
Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri hər iki ölkə üçün
əhəmiyyətlidir, əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq kəsb edən
sahələrdə əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərəcək. Bildiyimiz
kimi, Macarıstanla dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq konteksində
inkişaf edən əlaqələrimiz siyasi və iqtisadi sahədə daha genişdir.

Məlumdur ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr
sırasındadır. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi qeyd olundu. Həmçinin hər iki ölkənin iqtisadi
potensialı, imzalan sənədlər bu sahədə əmkdaşlıqda geniş imkanlar açır.
Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan
isə bu ölkəyə 18,1 milyon ABŞ dolları investisiya yatırıb. Macarıstan
enerji sahəsində ölkəmizlə əməkdaşlığa üstünlük verir, Cənub Qaz
Dəhlizinə qoşulmaq istədiyini bildirir. Xüsusi olaraq vurğulayım ki, Türk
Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Macarıstan əlaqələri yüksək
səviyyədədir. Tarixi köklərinə bağlı olan Macarıstan 2018-ci ildən
Təşkilatda müşahidəçi kimi təmsil olunur və üzv ölkələrlə münasibətlərə
böyük önəm verir”.

Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin
son səfəri zamanı Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir
Viktor Orbanla təkbətək və geniş tərkibdə görüşlərində səslənən fikirlər, irəli
sürülən təşəbbüslər, həmçinin iki ölkə arasında imzalanan sənədlər bir daha
göstərir ki, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi
istiqamətində perspektivlər böyükdür və qarşıda yeni imkanlar açılır.


Digər xəbərlər

0.20807981491089