Bakıda fırıldaqçı jurnalist peyda olub - FOTO

09:50 01-02-2023 | icon 1728
Bakıda fırıldaqçı jurnalist peyda olub - FOTO

Bakıda, ətraf kənd və qəsəbələrdə, Sumqayıt şəhərində fəaliyyət göstərən fırıldaqçı jurnalist peyda olub.

Azeripress.az xəbər verir ki, bu, heç bir təhsili olmayan və heç bir redaksiyanın əməkdaşı olmayan, özünü jurnalist kimi qələmə verərək vəzifəli şəxslərə qarşı fırıldaqçılıq edərək onların müəyyən vəsaitini ələ keçirən Vəliyev Kürşad Buxara oğludur.

Belə ki, adı çəkilən şəxs özünün çeşidli üsulları ilə vəzifə sahiblərindən pul qoparır.

Məsələn, "jurnalist" ilk öncə təhsil ocağı və digər müəssisələrlə bağlı mətbuatda yazılan tənqidi yazıları print edərək haqqında tənqid yazılan rəhbər şəxslərin, məktəb direktorlarının, baxça müdirlərinin, özəl klinika və digər vəzifə sahiblərinin hüzuruna baş çəkib bildirir ki, "səndən filan sayt, yaxud da filan mətbu orqan yazıb, mən sizi "barışdıra” bilərəm”. Bunun üçün həmin redaksiyaya müəyyən məbləğ ödəmək lazımdır və.s deməklə aldadır. Bu üsulla həmin şəxslərdən müxtəlif məbləğlərdə pul qopardıqdan sonra, hətta bir neçə gün "qeybə də çəkilir”. 

Bundan əlavə bu şəxs ətrafında olan özü kimi bir neçə şəxsi də bəzi idarə və təşkilatlara göndərərək müxtəlif ad və bəhanələrlə pul qoparmağa çalışır. Özünü olmayan sayt və ya redaksiyanın rəhbər şəxsi kimi təqdim edərək müxtəlif vəzifə sahiblərinə saxta diplomlar paylamaqla da məşğul olur.

Odur ki, hər bir idarə, müəssisə, təşkilat rəhbərlərinə və digər vəzifə sahiblərinə bildirmək istəyirik ki, onun belə bir "yaradıcılığından” yararlanmasınlar. Əksinə bu əlləm-qəlləm adamcıqdan ehtiyatlı olmaq daha çox məsləhətdir.

"Şpion” roluna girərək ayrı-ayrı redaksiyalara "danos”lar daşıyan bu şəxs barədə yaxın günlərdə daha geniş məlumat verəcəyik. 

Açıqlamada adı çəkilən şəxsin də, mövqeyini dinləyə bilərik.


Digər xəbərlər

0.21678185462952