“Qumar çıxaranın Allah bəlasını versin” - Tərlan Əhmədov
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Səbail”ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra maraqlı açıqlama verib.
O, adının qalmaqallarda hallanmasına aydınlıq gətirib:
“Komandanın içi, çölü, hər tərəfi söz-söhbətdir. “Kəpəz” Premyer Liqaya təzə gəlib. Çalışırıq ki, nəsə edək. Oyuna iki gün qalmış söz-söhbətlər ortaya atılır. Daxildə elə adamlar var ki, zamanında bəzi məlumatları sızdırdılar. Bir futbolçunu etdiyi əmələ görə yola salmışam. Komandanın içində mənə dedi ki, sənin haqda elə sözlər deyəcəm ki, bir Allah bilir. Mən də dedim ki, ürəyin istəyən şeyi deyə bilərsən. Mənim həyatda qorxduğum nəsə yoxdur. Önəmli adamam ki, haqqımda danışırlar. İşlədiyim hər klubda nəticə vermişəm. Haqqımda oyun satan da deyiblər. Bu qumarı çıxaranın Allah bəlasını versin. Onu oynayanın da Allah bəlasını versin. Ümumiyyətlə deyirəm. 52 yaşım var, hələ bilmirəm ki, hansı qumar necə oynanılır. Adıma min dənə söz çıxarırlar. Haqqımda danışan futbolçular özləri bilsin, Allahları bilsin. Əlavə heç nə demirəm. Kim nə istəyir, yazsın. Bu komandanın daxili çölündən, çölü daxilindən betərdir.
Nə qədər çalışırsan ki, kollektiv formalaşdırasan, alınmır ki, alınmır. Komanda bu gün normal oynayır. Məğlubiyyət də olacaq, qələbə də. Mən bu günlə yaşamıram, nəticə üçün yaşayıram. Nə deyirlər, desinlər. Əgər Tərlanın molla dostu varsa, niyə iki il işsiz qalıb? Molla kömək edə bilmədi? İşlədiyim bütün klublarda maddi cəhətdən çətinlik olub. İş gedən yerdə söz-söhbətlər olacaq. İrəlidə gedən adama badalaq vuran çox olur. Demək ki, mən önəmli adamam, haqqımda bu qədər söhbətlər gedir”.
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...